Soyuq yeməklərdən çox istifadə etməyin. İsti yay günlərində mədə və bağırsaqlar soyuq yeməklərlə bağlı daha sürətli fəaliyyətdə olur və belə yeməklərin bağırsaqlarda qalma müddəti qısalır. Bu da orqanizmin qidalardakı vitaminləri mənimsəməsinə imkan vermir. Sürətlə su içməyin. İstidə insan çox tərlədiyindən birdən-birə içilən çoxlu miqdarda su ürəyin yükünü artıraraq, qan dövranını aşağı salır.







Son günlər havaların daha çox istiləşməsi körpələr arasında ishal və qızdırma hallarının artmasına səbəb olub. İsti və yüksək rütubət şəraitində 0-2 yaş arasındakı körpələrdə bəzi problemlər ortaya çıxır. Bəs bu amillər körpədə özünü necə göstərir? Burada ilk əlamət susuzluqdur. Bir çox valideynlər bunu isti ilə əlaqələndirirlər. Ancaq bu etinasızlıq sonradan uşaqda ciddi problemlərə səbəb olur.
Qızıl --- Qızıl əşyalar urəyi quvvətləndirir, əhval - ruhiyyəni yaxşılaşdırır, ürək döyüntüsü, vasvasalıq hallarında faydalıdır. Böyrək zəifliyi, qara ciyər , böyrək daşı olanlar qızıl əşya gəzdirməlidirlər. Oynaq ağrıları olanlar qızıl üzük gəzdirməlidirlər, bu həmdə ömrü uzadır. Belə hesab edilir ki, qızılın zərərli heç bir xüsusiyyəti yoxdur, bədənin sağlamlığını qoruyub saxlayır. 
Çox böyük təəssüflə demək olar ki, insan dərisində zaman öz təsirini göstərir. Bu fakt qadınlar üçün dəhşətlidir. Hər zaman bənzərsiz görünmək istəyən zərif cinsin nümayəndələri dərilərinin qocalmaması üçün bütün vasitələri sınayırlar. Təki yaşlarından daha cavan görünsünlər. Plastik əməliyyatlar, dəri çəkimləri, saatlarla kosmetoloqlardan məsləhətlər almaq xanımların ən sevimli məşğuliyyətidir. 













